...

Şəkidə və Masazırda ikimərtəbəli ev yandı

Hadisə Materials 24 Aprel 2024 20:44 (UTC +04:00)
Şəkidə və Masazırda ikimərtəbəli ev yandı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şəkidə ikimərtəbəli ev yanıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Şəki şəhərində ümumi sahəsi 182 m² (hər mərtəbəsi 91 m²) olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, bitişik sahəsi 30 m² olan mətbəxin yanar konstruksiyaları, sahəsi 6 m² olan köməkçi tikilinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa, Abşeron rayonunun Masazır qəsəbəsində ümumi sahəsi 130 m² olan ikimərtəbəli 4 otaq və qarajdan ibarət evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb. Yüksək temperaturdan 2-ci mərtəbəsinin 1 otağında 1 ədəd televizor və 1 ədəd kondisioner qismən əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti