...

Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ İnstitutunun hesabatı

Dünya xəbərləri Materials 25 Aprel 2024 11:21 (UTC +04:00)
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ İnstitutunun hesabatı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.

Bildirilir ki, rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində fəaliyyətini dondurması buna ən bariz nümunədir: “Görünür, İrəvan siyasi və təhlükəsizlik baxımından Moskvadan uzaqlaşmaq istəyir”.

Bundan başqa qeyd edilir ki, rəsmi Moskva bu ritorikasına görə Ermənistanı açıq şəkildə hədələməyə başlayıb: “Rusiya xarici işlər naziri Sergey Lavrov bu günlərdə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan Cənubi Qafqazı geosiyasi qarşıdurmaya sürükləməyə çalışır. S.Lavrov N.Paşinyanın səhv yolda olduğunu diqqətə çatdırıb”.

Xatırladaq ki, təşkilatın baş katibi İmanqali Tasmaqambetov aprelin 24-də "İzvestiya"ya müsahibəsində Ermənistanın üzləşdiyi təhlükəsizlik təhdidlərinin qiymətləndirilməli olduğunu deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti