...

Nərmin İsgəndərova və Səbinə Mustafayevanın ifasında "Təfsir" fortepiano dueti konserti keçirildi (FOTO/VİDEO)

Mədəniyyət Materials 25 Aprel 2024 19:31 (UTC +04:00)
Nərmin İsgəndərova və Səbinə Mustafayevanın ifasında "Təfsir" fortepiano dueti konserti keçirildi (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano müəllimləri, Respublika və Beynəlxalq Müsabiqələr laureatları Nərmin İsgəndərova və Səbinə Mustafayevanın ifasında "Təfsir" fortepiano dueti konserti keçirilib.

Trend xəbər verir ki, aparıcı musiqişünas Aytən Adıgözəlova olub.

Konsertdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səslənib. Hər bir əsər və onun müəllifi haqqında ətraflı məlumat verilib. Bir çox əsər ilk dəfə səslənib.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az.

Xəbər lenti

Xəbər lenti