...

Ermənistanı silahlandıran ölkələrin məqsədi regionda vəziyyəti gərginləşdirməkdir (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 25 Aprel 2024 10:29 (UTC +04:00)
Ermənistanı silahlandıran ölkələrin məqsədi regionda vəziyyəti gərginləşdirməkdir (VİDEOMÜSAHİBƏ)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın silahlandırılmasında Fransa, Hindistan və Yunanıstan fəal iştirak edir.

Bunu Trend-ə hərbi ekspert Azər Bayramov bildirib.

O bildirib ki, Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonra arsenalında yetərincə silahını itirdi.

"Silahları bərpa etmək və onları revanşa ümidləndirmək cəhdlərini müşahidə edirdik. Bu silahlanma Ermənistana heç bir halda köməklik etməyəcək. Çünki Ermənistan ordusunun yenidən dirçəldilməsi və Ordumuzla rəqabət apara biləcək gücə gətirilməsi qeyri-mümkündür. Fransanın təkidi ilə regiondakı öz hərbi mövcudluğunu qurmaq üçün belə riyakar fəaliyyətlərə əl atır. Burda Fransanın yeganə məqsədi mövcud vəziyyəti gərginləşdirməkdir", - o deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib ki, Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz oturub gözləyə bilmərik.

Həmin ölkələrin bunu açıq şəkildə həyata keçirdiklərini vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Özü də onlar bunu açıq və nümayişkaranə şəkildə edirlər və hətta çalışırlar ki, bununla bizə nə isə sübuta yetirsinlər. Biz sadəcə oturub gözləyə bilmərik. Biz bu mövqeyi açıq şəkildə Ermənistan hökumətinə və Ermənistanın bu gün qayğısına qalmağa çalışan tərəflərə bildirmişik. Əgər özümüzə ciddi təhdid görsək, biz ciddi tədbirlər görməli olacağıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti