Bakı. Trend:
Onlayn mühitdə ən müdafiəsiz istifadəçilər, yəqin ki, uşaqlardır.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Onlar bir çox şeydən məlumatsız ola və fərqində olmadan riskli addımlar ata bilərlər. Valideynlərə və böyüklərə tövsiyəmiz isə uşaqları bu tip mövzularda maarifləndirmək və onları qorumaqdır.
Uşaqlarınızı onlayn mühitdə təhlükələrdən necə qoruya bilərsiniz?
1) Uşaqlara internetdə təhlükəsiz axtarış sözlərindən istifadə etməyi, eləcədə təhlükəsizlik veb-saytı (https) necə müəyyənləşdirə biləcəkləri barədə köməklik göstərin.
2) Onlara tanımadıqları veb-saytlarda “pop-up” reklamlarla klik etməyin təhlükəli olduğunu və potensial risk daşıdığını izah edin.
3) Şübhəli e-poçtlarda keçidlərə klikləməməyi və tanımadıqları çəxslərin mesajlarına cavab verməməli olduqlarını deyin. Fayl və ya proqram yükləmədən əvvəl böyüklərdən soruşmağı nəzərlərinə çatdırın.
4) Uşaqların istifadə etdiyi cihazlarda antivirus proqramlarından istifadə edin.
5) Onlar üçün təhlükəli olduğunu düşündüyünüz bütün veb-saytları bloklayın.
6) Onları zərərli məzmundan qorumaq üçün tətbiqlərdə nəzərdə tutulmuş məzmun filtrlarından istifadə edin.