...

Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır

Siyasət Materials 25 Aprel 2024 12:28 (UTC +04:00)
Macarıstan Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası istiqamətində görülən işləri alqışlayır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan tərəfindən sərhədlərin demarkasiyası istiqamətində görülən işləri alqışlayırıq.

Trend xəbər verir ki, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində keçirilən mətbuat brifinqdə deyib.

O qeyd edib ki, iki ölkə arasında sülhün bərpa olması üçün kömək etməyə hazırıq.

"Həmçinin Macarıstan azad edilən ərazilərin minalardan təmizlənməsi istiqamətində də Azərbaycana dəstək göstərməyə hazırdır. İki ölkə arasında sülhün bərpa olması üçün kömək etməyə hazırıq", - nazir əlavə edib.

Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti