...

Azərbaycan Macarıstanla avtobus yığılması layihəsinin praktiki icrasına başlayacaq

Cəmiyyət Materials 25 Aprel 2024 12:50 (UTC +04:00)
Azərbaycan Macarıstanla avtobus yığılması layihəsinin praktiki icrasına başlayacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan və Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir.

Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan biznes forumunda çıxışı zamanı deyib.

“Bizim iqtisadi əlaqələrimiz bütün sahələr üzrə genişlənir. Enerji əməkdaşlığı artıq çoxşaxəlidir. Azərbaycan nefti bu gün Macarıstana ixrac edilir. Artıq bu ildən Azərbaycan qazının Macarıstana təchizatı başlanılıb. Təchiz edilən qazın həcmi ciddi şəkildə artacaqdır. Bu istiqamətdə aktiv müzakirələr aparılır.

Yaxın dövrlərdə Azərbaycanın Macarıstanla olan avtobus yığılması layihəsinin praktiki icrasına başlanılacaq”,-deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti