...

Macarıstanın azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır

Cəmiyyət Materials 25 Aprel 2024 10:52 (UTC +04:00)
Macarıstanın azad olunmuş ərazilərin bərpasında iştirakı ilə bağlı plan hazırlanır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Macarıstan həm dost, həm də stratejik tərəfdaşdır.

Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, iki ölkə arasında əlaqələr gözləntilərə yox, dəyərlərə əsaslanıb.

“Ölkələrimiz arasında ticarət dövriyyəsində artım tempi var. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında Macarıstan ilə ticarət dövriyyəsi 40,49 faiz artıb. Macarıstan Qarabağın yenidən qurulması və bərpasında iştirakı ilə bağlı plan hazırlayır. Bu ilin noyabrına qədər sözügedən plan tamamlanacaq və Macarıstan şirkətlərinin iştirak edə biləcəyi sektorlar müəyyənləşəcək”,- deyə P. Siyarto əlavə edib.

Qeyd edək ki, Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoarasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti