...

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Dünya xəbərləri Materials 25 Aprel 2024 15:38 (UTC +04:00)
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İngiltərə və Uelsdə mağazalarda baş verən oğurluq halları son 20 ilin rekord səviyyəsinə yüksəlib.

Trend xəbər verir ki, bu barədə Britaniya Milli Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, 2023-cü ildə mağazalardan ümumilikdə 430 min 104 oğurluq hadisəsi qeydə alınıb. Bu da bir il öncəki 315 min 040 oğurluq halından 37 faiz çoxdur.

Qeyd edilib ki, şəxslərdən edilən oğurluqlar da artıb. Bununla bağlı hadisələrin sayı 2022-ci illə müqayisədə 18 faiz artaraq ümumilikdə 125 563-ə çatıb.

Xəbər lenti

Xəbər lenti