...

Xaçmaz rayonunda növbəti səyyar qəbul Mürşüdoba kəndində keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2024 16:50 (UTC +04:00)
Xaçmaz rayonunda növbəti səyyar qəbul Mürşüdoba kəndində keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Mürşüdoba kəndində səyyar qəbul keçirib.

Qəbulda Nərəcan İnzibati Ərazi Dairəsi üzrə nümayəndələyinə daxil olan Mürşüdoba, Nərəcan, Ağtala, Çiləgir, Sabiroba və Mançaroba kəndlərinin sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquq mühafizə orqanlarının rəhbərləri əvvəlcə Mürşüdoba kəndində şəhidlər abidə kompleksinin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərimnizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra müraciət və təkliflər dinlənilib. Sakinlər su təchizatının yaxşılaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, yeni məktəb binasının və tibb məntəqəsinin inşası ilə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti