...

Azərbaycan-Macarıstan arasında əməkdaşlıq sənədlərinin imzalanması əlaqələrin inkişafına xidmət edib - Sahil Babayev

Cəmiyyət Materials 25 Aprel 2024 10:49 (UTC +04:00)
Azərbaycan-Macarıstan arasında əməkdaşlıq sənədlərinin imzalanması əlaqələrin inkişafına xidmət edib - Sahil Babayev
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin, digər bir sıra əməkdaşlıq sənədlərinin imzalanması Azərbaycan-Macarıstan arasında əlaqələrin inkişaf etməsinə xidmət edib.

Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında çıxışı zamanı deyib.

S.Babayev Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi, səyləri ilə iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb.

"Ölkələrimiz arasında ticarət dövriyyəsində artım tempinin olduğu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-fevral aylarında Macarıstan ilə ticarət dövriyyəsinin 40,49 faiz artdığı bildirilib. Ötən dövrdə Bakı və Budapeştdə keçirilən biznes forumların, işgüzar görüşlərin, digər tədbirlərin əlaqələrin inkişafında önəmi diqqətə çatdırılıb", - o deyib.

Qeyd edək ki, Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoarasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti