Bakı. Trend:
Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində sənədlər imzalanıb.
Trend xəbər verir ki, sənədlər Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev tərəfindən imzalanıb.
Onlar imzaladıqları sənəddə gələcək əməkdaşlıq istiqamətlərinin əks olunduğunu və Azərbaycan-Macarıstan əlaqələrinin qarşıdakı dövrdə də genişlənməkdə davam edəcəyinə əminliklərini ifadə ediblər.
Qeyd edək ki, Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoarasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.