...

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanılıb (VİDEO)

Gündəm Materials 25 Aprel 2024 17:56 (UTC +04:00)
Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanılıb (VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Trend xəbər verir ki, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı, 77-MU-385 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma zamanı onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsinin olmadığı da müəyyən edilib.

Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Sabunçu rayon məhkəməsinə təqdim olunub.

Məhkəmənin qərarı ilə sürücü A.Cəfərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Xəbər lenti

Xəbər lenti