...

“Qəbələ”nin futbolçusu əməliyyat olunub

İdman Materials 25 Aprel 2024 15:00 (UTC +04:00)
“Qəbələ”nin futbolçusu əməliyyat olunub

Bakı. Trend:

“Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov Türkiyədə əməliyyat olunub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçuya qasıq yırtığı ilə bağlı cərrahi müdaxilə İstanbulda gerçəkləşib.

İsgəndərovun əməliyyatı uğurlu keçib. Onun 3-4 həftəyə komanda ilə məşqlərə başlayacağı gözlənilir.

Qeyd edək ki, Ülvi son matçını martın 9-da “Sabah”a qarşı keçirib.

Xəbər lenti

Xəbər lenti