...

Gələcəkdə yaşıl enerji Avropaya nəql ediləcək - Macarıstan XİN rəhbəri

Yaşıl iqtisadiyyat Materials 25 Aprel 2024 13:03 (UTC +04:00)
Gələcəkdə yaşıl enerji Avropaya nəql ediləcək - Macarıstan XİN rəhbəri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Mən qürurla qeyd edə bilərəm ki, Azərbaycanla uğurlu stratejik əlaqələrimiz mövcuddur.

Trend xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan-Macarıstan biznes forumunda çıxışı zamanı deyib.

“Azərbaycanla olan tərəfdaşlığımız bizə enerji təhlükəsizliyini gələcəkdə də təmin edəcək. Gələcəkdə yaşıl enerji Avropaya nəql ediləcək. Bu dənizaltı layihə kifayət qədər ümidvericidir. İki ölkə arasında dostluq onu göstərir ki, artıq qaranlıq qalan məqamlar yoxdur. Bir-birimizdən qarşlıqlı olaraq faydalanırıq”,- deyə P. Siyarto bildirib.

Qeyd edək ki, Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoarasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti