...

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Dünya xəbərləri Materials 25 Aprel 2024 19:39 (UTC +04:00)
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyindən isə bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

Hərbçinin adı açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti