...

Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2024 15:29 (UTC +04:00)
Elmira Süleymanova dəfn edildi (YENİLƏNİB) (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İnsan Hüquqları üzrə sabiq müvəkkili (Ombudsman) Elmira Süleymanova dəfn edilib.

Trend xəbər verir ki, mərhumun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

xxx

15:08

Sabiq Ombudsman Elmira Süleymanova ilə vida mərasimi keçirilib.

Trend xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

xxx

14:51

Sabiq Ombudsman Elmira Süleymanova ilə vida mərasimi keçirilir.

Trend xəbər verir ki, Təzə Pir məscidində keçirilən vida mərasimində mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Bildirilir ki, mərhum İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Xatırladaq ki, Azərbaycanın ilk İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova vəfat edib.

Qeyd edək ki, Elmira Teymur qızı Süleymanova 17 iyul 1937-ci ildə Bakı şəhərində anadan olub. Kimya elmləri doktoru, (1980), professor (1981), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. E.Süleymanova 2002-2019-cu illərdə Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsini tutub.

O, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə İnsan hüquqlarının qorunması sahəsində xidmətlərinə görə "Şöhrət" və “Şərəf” ordeni ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti