...

Hacı Əliyev son durumunu açıqlayıb

İdman Materials 25 Aprel 2024 12:37 (UTC +04:00)
Hacı Əliyev son durumunu açıqlayıb

Bakı. Trend:

Özümü yaxşı hiss edirəm.

Trend xəbər verir ki, bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib.

Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır: “Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir. Amma onlar da zamanla düzələcək. Məşqlərə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər tam hazır olacam”.

Qeyd edək ki, Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.

Xəbər lenti

Xəbər lenti