...

Yevlaxda avtomobil aşıb, sürücü ölüb

Hadisə Materials 25 Aprel 2024 21:06 (UTC +04:00)
Yevlaxda avtomobil aşıb, sürücü ölüb
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Yevlax. Trend:

Yevlax rayonunda avtomobil yol qəzası baş verib.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb. "Toyota Land Crusier" markalı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü Tərtər rayon sakini Habil İsmayılov idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti