...

Azərbaycanlı hakim Fatih Terimin komandasının oyununda

İdman Materials 25 Aprel 2024 20:55 (UTC +04:00)
Azərbaycanlı hakim Fatih Terimin komandasının oyununda

Bakı. Trend:

Azərbaycanlı hakim Əliyar Ağayev Yunanıstan Super Liqası oyununu idarə edəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, FIFA dərəcəli referi 34-cü turun "Panatinaikos" - "Aris" matçına təyinat alıb.

Çempionluq qrupunda baş tutacaq oyunda Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü funksiyasını yerli Fotis Poliçronis yerinə yetirəcək. VAR-da isə Andrea Fotopulos və Kamal Umudlu olacaq.

"Panatinaikos"a türkiyəli mütəxəssis Fatih Terim başçılıq edir. Onun komandası 71 xalla 2-ci, “Aris”49 xalla 5-ci pillədə qərarlaşıb. Aprelin 28-də keçiriləcək görüş saat 21:30-da start götürəcək.

Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının qərarına əsasən yüksək yerlər uğrunda yarışan komandaların oyunlarını əcnəbi hakimlər idarə edirlər.

Xəbər lenti

Xəbər lenti