...

Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir - ŞƏRH

Siyasət Materials 25 Aprel 2024 20:10 (UTC +04:00)
Azərbaycan-Almaniya münasibətləri strateji əhəmiyyət kəsb edir - ŞƏRH
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Almaniya Federativ Respublikası arasındakı münasibətlər strateji əhəmiyyət kəsb edir.

Bunu Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, Azərbaycan və Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir.

"Almaniya ölkəmizin Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Almaniya dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkələrdəndir. Almaniya Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırmaq niyyətindədir.

Çünki bu ölkə Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri təhlil etməkdədir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində bu gün aparıcı dövlətə çevrilməkdədir. Bu baxımdan, Bakı ilə Berlin arasındakı münasibətlər də diqqət çəkir. Ölkəmiz sülhə, sabitliyə böyük önəm verir və Cənubi Qafqazda sülhün dayanıqlı olmasına çalışır.

Azərbaycanda delimitasiya və demarkasiya komissiyalarının işinin uğuru, əldə olunan nəticələr də ölkənin maraqlarına cavab verməklə yanaşı, sülh müqaviləsini və onun imzalanması ehtimalını da gücləndirir", - deyə İ.Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti