...

Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB

Cəmiyyət Materials 25 Aprel 2024 12:41 (UTC +04:00)
Cəbrayılın Soltanlı qəsəbisində yenidənqurma işlərinin tamamlanacağı tarix AÇIQLANIB
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləmişik.

Bu barədə Trend-in sualını cavablayarkən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında deyib.

“Cəbrayılın Soltanlı qəsəbisinin yenidən qurulmasında Macarıstan şirkəti iştirak edir. Onlar bütün qəsəbəni yenidən quracaqlar. Artıq ictimai yerlərin tikintisi işlərinə başlanıb. Noyabarın sonunadək digər işlər planlanacaq. 2025-ci ilin sonunadək bərpa yenidənqurma işlərinin tamamlanması planlaşdırılır”,- deyə o bildirib.

Xatırladaq ki,ötən ilin noyabrın 24-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Soltanlı kəndinin təməlqoyma mərasimi keçirilib.

Tədbirdə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev və Soltanlı kəndinin sakinləri iştirak ediblər. Soltanlı kəndinin Baş plan layihəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Macarıstanın tikinti və layihələndirmə sahəsində fəaliyyət göstərən “KESZ” şirkətlər qrupu və “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti