...

Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?

Cəmiyyət Materials 25 Aprel 2024 11:00 (UTC +04:00)
Bu il neçə şəxsə sosial müavinət və təqaüd təyin olunub?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-mart ayları ərzində 38,9 mindən çox şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd olunub ki, onların 55,6%-ni kişilər, 44,4%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr ayları ərzində 124,7 min nəfərə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik), təqaüd təyin olunub.

Onların 54,1%-ni kişilər, 45,9%-ni isə qadınlar təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti