...

"Zirə" finalda, "Qarabağ" "Neftçi"yə yenə 4 qol vurub (VİDEO)

İdman Materials 24 Aprel 2024 22:11 (UTC +04:00)
"Zirə" finalda, "Qarabağ" "Neftçi"yə yenə 4 qol vurub (VİDEO)

Bakı. Trend:

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, cavab oyunları çərçivəsində iki matç baş tutub.

İlk finalçı Qəbələdə bəlli olacaq. Şəhərin eyniadlı komandası “Zirə”ni qəbul edib. Kubokun son qalibi titulunu qorumaq şansını itirib.

Azərbaycan derbisində “Qarabağ” “Neftçi”ni sınağa çəkib. Səfərdə 4 cavabsız qol vuran Ağdam klubu bu dəfə fə rəqib qapısından 4 top keçirib. "Ağ-qaralar" bu qollardan yalnız birinin cavabını verə biliblər.

Qeyd edək ki, final oyunu iyunun 2-də “Liv Bona Dea” stadionunda təşkil olunacaq.

Azərbaycan kuboku
Yarımfinal, cavab oyunları
24 aprel
17:00. “Qəbələ” – “Zirə” - 0:2

Qollar: Vladislav Kulaç, 59. Rafael Utziq, 84
Baş hakim: Tural Qurbanov
“Qəbələ”: 1. Rəşad Əzizli, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 12. Nicat Əliyev, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 3. Zurab Oçiqava, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 5. Rauf Hüseynli, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 5. Stefan Aka, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 15. Pyer Zebli, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 24. Sezar Meza Kolli, 44. Dmitrios Çantakias, 23. Rafael Utziq, 28. Abbas İbrahim, 19. Salifu Suma
Baş məşqçi: Rəşad Sadıqov
Qəbələ şəhər stadion
İlk oyun – 1:2

20:00. “Qarabağ” – “Neftçi” - 4:1
Qollar: Olavio Juninyo, 16; 69 - Qara Qarayev, 62 (öz qapısına). Nəriman Axundzadə, 77 - Reziuan Mirzov, 64
Baş hakim: Əliyar Ağayev
“Qarabağ”: 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 6. Julio Romao
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 81. Kevin Medina, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi”: 1. İvan Brkiç, 2. Qara Qarayev, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 91. Ağadadaş Salyanskiy, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 20. Alfa Konte
Ehtiyat oyunçular: 93. Rza Cəfərov, 95. Rəvan Kazımov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 16. Lukas Melano, 23. Ataa Caber, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 88. Brayan Moreno, 77. Yeqor Boqomolski
Baş məşqçi: Miodraq Bojoviç
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 4:0

Xəbər lenti

Xəbər lenti