...

Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır

İqtisadiyyat Materials 25 Aprel 2024 11:10 (UTC +04:00)
Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstan Azərbaycandan daha çox həcmdə təbii qaz almağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclasında çıxışı zamanı deyib.

"Macarıstanın ən böyük əczaçılıq şirkətlərindən biri Azərbaycanla əməkdaşlıq barədə sənəd imzalayıb və gələn ildən etibarən şirkət Azərbaycanda 19-a qədər növdə məhsullar istehsal edəcək", - o deyib.

Qeyd edək ki, Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoarasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti