...

Bədii gimnastlarımız “Prize of Julieta Shishmanova”da

İdman Materials 25 Aprel 2024 16:03 (UTC +04:00)
Bədii gimnastlarımız “Prize of Julieta Shishmanova”da

Bakı. Trend:

Aprelin 26-28-də Bolqarıstanın Burqas şəhərində bədii gimnastika üzrə “Prize of Julieta Shishmanova” adlı beynəlxalq yarış keçiriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, turnirdə Azərbaycan 3 gimnastla təmsil olunacaq.

Ölkəmizin idman şərəfini məşqçilər Aliyə Paşayeva ilə Nigar Mircəlallının rəhbərliyi altında Ayan Sadıqova, Dəniz Abdullazadə və Dəniz Əsgərova qoruyacaqlar.

Dilbər İbrahimova və Səbinə Hacıyeva isə turnirdə hakimlər sırasında yer alacaq.

Xəbər lenti

Xəbər lenti