...

Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto

Siyasət Materials 25 Aprel 2024 12:24 (UTC +04:00)
Azərbaycana görə bizi tənqid edənlər indi Prezident İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar - Peter Siyarto
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ciddi çağırışlarla üzləşən regionda yerləşir.

Trend xəbər verir ki, Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində keçirilən mətbuat brifinqdə deyib.

“İki ölkə arasında olan əməkdaşlıq bu çağırışların öhdəsindən gəlməyə kömək edir. Azərbaycanla strateji tərəfdaşlığa görə bizi tənqid edənlər vardı. Lakin indi o tənqid edənlər Azərbaycan Prezidenti İlham Əliyevlə şəkil çəkdirmək üçün can atırlar.

Bizim strateji tərəfdaşlığımız bir sıra fürsətlər yaradır

Azərbaycanla tərəfdaşlıq bizim üçün gözəl fürsətdir. Tarixdə ilk dəfə biz Azərbaycan qazını Macarıstanda qəbul edəcəyik. Bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir. Azərbaycandan tədarük edilən qazın həcmini artırmaq niyyətindəyik. Azərbaycan nefti Macarıstanda enerji səbətinin ayrılmaz bir hissəsi olacaq”,- deyə P.Siyarto deyib.

Qeyd edək ki, Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası keçirilib.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Macarıstan tərəfindən həmsədri, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoarasında keçirilən təkbətək görüşdə ölkələrimiz arasında əlaqələrin mövcud vəziyyəti və iclasın gündəliyindəki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti