...

Azərbaycan Kubokunun yarımfinalında rekord

İdman Materials 25 Aprel 2024 10:22 (UTC +04:00)
Azərbaycan Kubokunun yarımfinalında rekord

Bakı. Trend:

Azərbaycan Kubokunun yarımfinal mərhələsində 14 qol vurulub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Qarabağ”la “Neftçi”nin görüşlərində (4:0, 4:1) doqquz, “Zirə”ylə “Qəbələ”nin matçlarında (2:1, 2:0) beş top qeydə alınıb.

Bu, turnirin tarixində mütləq rekorddur. İndiyədək yarımfinalda ən çox qol 1994/95 və 2008/09 mövsümlərində vurulub. Hər iki halda bu rəqəm 13-ə bərabər olub.

“Qarabağ”la “Neftçi”nin dueli isə turnirin tarixində ən məhsuldar və ən böyük fərqin qeydə alındığı yarımfinaldır. 2021/22 mövsümündə “Qarabağ” “Qəbələ”ni 3:1 və 5:0 hesabları ilə məğlub edib.

Xəbər lenti

Xəbər lenti