Noyabrın 28-də daxili işlər orqanrları tərəfindən 13 cinayət faktı qeydə alınıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumatda göstərilir ki, həmin cinayət faktlarından 9-nun üstü açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 7 nəfər həbs edilərək istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Gün ərzində 8 yanğın hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər yanıq xəsarətləri alıb.
Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirlidkləri əməliyyat-axitarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, silah-sursatla əlaqəli 3 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 17 nəfər həbs edilib.