...

Fransız ailə bir ildə 300 uşaq arabası oğurlayıb

Maraqlı Materials 25 Noyabr 2014 18:18 (UTC +04:00)
Parisdə polis ər-arvadı və onların 15 yaşlı qızını son bir ildə 300-ə yaxın uşaq arabasını oğurlamaqda şübhəli bilərək saxlayıb.
Fransız ailə bir ildə 300 uşaq arabası oğurlayıb

Azərbaycan, Bakı, 25 noyabr /Trend/

Parisdə polis ər-arvadı və onların 15 yaşlı qızını son bir ildə 300-ə yaxın uşaq arabasını oğurlamaqda şübhəli bilərək saxlayıb. Trend xəbər verir ki, bu Fransanın "Le Figaro" qəzeti məlumat yayıb.

Ailə paytaxtın bir neçə dairəsində və "Disneylend"də oğurluqla məşğul olub. Bundan sonra oğurlanan arabalar internetdə satışa çıxarılıb.

Parisin uşaq əşyaları mağazasının meneceri Silvi Attali deyib ki, son vaxtlar xeyli valideyn arabaların oğurlanmasından şikayət etməyə başlayıb. Oğurlanma hallarının qarşısının alınmasından ötrü satışa hətta onlar üçün kilidli zəncirlər daxil edilib.

Polisdəki mənbə bildirib ki, avtomobillərdən fərli olaraq polisin bütün "uşaq nəqliyyatı" bazasına malik olmaması axtarışları daha da çətinləşdirib.

Ailəni hansı cəzanın gözlədiyi dəqiq bildirilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti