...

Heyvanlar üçün yol nişanları çəkdilər (FOTO)

Maraqlı Materials 2 Avqust 2015 02:30 (UTC +04:00)
Litvanın paytaxtı Vilnus şəhərində bir sıra ərazilərdə heyvanlar üçün xüsusi yol nişanları çəkilib.
Heyvanlar üçün yol nişanları çəkdilər (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend/

Litvanın paytaxtı Vilnus şəhərində bir sıra ərazilərdə heyvanlar üçün xüsusi yol nişanları çəkilib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yol nişanları yaradıcılıq işləri ilə məşğul olan "Clinic 212" agentliyinin ideyası ilə çəkilib.

Agentliyin bu addımı atmaqda məqsədi insanlar arasında maarifləndirmə işi aparmaq və hevanlara olan münasibəti yaxşılaşdırmaqdır. Bu işarələrlə agentlik insanlara göstərməyə çalışıb ki, Yer kürəsində insanlarla bərabər heyvanlar da yaşayır və onların da sərbəst hərəkət etməsi üçün şərait yaradılmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti