...

İtaliya səfiri: Dağlıq Qarabağ münaqişəsi bütün region üçün risk daşıyır (ÖZƏL)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 Aprel 2017 13:38 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsi bütün region üçün risk daşıyır, çünki zorakılıq dayanmır və vaxtaşırı gərginlik artımı müşahidə olunur.
İtaliya səfiri: Dağlıq Qarabağ münaqişəsi bütün region üçün risk daşıyır (ÖZƏL)

Bakı. Anaxanım Hidayətova, Elmira Tariverdiyeva - Trend:

Dağlıq Qarabağ münaqişəsi bütün region üçün risk daşıyır, çünki zorakılıq dayanmır və vaxtaşırı gərginlik artımı müşahidə olunur.

Bunu Trend-ə İtaliyanın Bakıdakı səfiri Campaolo Kutillo deyib.

Səfir qeyd edib ki, bu regionda sülh və təhlükəsizliyin qorunması regionun inkişafı deməkdir.

Onun sözlərinə görə, bu təkcə iki ölkə üçün yox, həm də bütün dünya üçün vacibdir: “Mən arzu edirəm ki, Dağlıq Qarabağ münaqişəsi tez bir zamanda həll olunsun. Buna müəyyən vaxt tələb olunacaq, amma bu məsələni yerinə yetirmək lazımdır”.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başladı. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

Xəbər lenti

Xəbər lenti