...

Azərbaycan ordusu müdafiə nazirinə qarşı mümkün terror aktının qarşısını alıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 May 2017 12:55 (UTC +04:00)
Ermənistanın Qarabağın işğalı üzrə hərbi doktrinasının iflası fonunda erməni hakimiyyəti öz sevimli terrorçuluq üsuluna əl atıb – gizlindən atəş açmaq
Azərbaycan ordusu müdafiə nazirinə qarşı mümkün terror aktının qarşısını alıb

Bakı. Trend:

Ermənistanın Qarabağın işğalı üzrə hərbi doktrinasının iflası fonunda erməni hakimiyyəti öz sevimli terrorçuluq üsuluna əl atıb – gizlindən atəş açmaq. 90-cı illərin Qarabağ müharibəsinin acı təcrübəsi bunun bariz sübutudur. Şübhəsiz ki, terrorun hədəfi kimi Azərbaycanın hərbi-siyasi komandanlığının nümayəndələri, xüsusilə də Azərbaycanın müdafiə naziri də diqqətə alınır. İnternetdə ermənilər tərəfindən yerləşdirilmiş çoxsaylı materiallardan aydın olur ki, Qarabağdakı erməni terrorçuları müdafiə nazirimizin cəbhəyanı bölgəyə səfərlərini diqqətlə izləyir. Bu səfərlər barədə işğal olunmuş ərazilərdən çəkilmiş görüntülər bunu sübut edir.

Bu videolar altında yazılanlardan o məlum olur ki, müdafiə nazirinin helikopteri çox aşağı məsafədə uçur və onu Ermənistanın S-125 və ya S-75 uzaq Hava Hücumundan Müdafiə sistemləri ilə vurmaq mümkün deyil. Digər tərəfdən, helikopterin uzaqlığına görə terror aktı üçün hədəfi vurma uzaqlığı 3-4 kilometr olan daşınan raket sistemləri, xüsusilə də “İqla” Daşınan Zenit-Raket Kompleksinin istifadəsi mümkün deyil. Helikopter görünmə məsafəsindədir, amma daşınan raket sistemləri üçün əlçatmazdır. Məhz buna görə erməni komandanlığı bölgəyə daha güclü sistem - 10 kilometrədək hədəfi vurma uzaqlığı ilan “Osa” zenit-raket kompleksini yeritməyi qərara alıb.

Qeyd edək ki, mayın 15-i Füzuli-Xocavənd istiqamətində müdafiənin ön cəbhəsində yeni mövqeyə Ermənistan Hava Hücumundan Müdafiə qoşunlarına məxsus “Osa” zenit-raket kompleksi yerləşdirilib. Bu, onu düşünməyə əsas verir ki, məhz terror aktının həyata keçirilməsi məqsədilə geniş hava məkanını nəzarət altına almaq cəhdi edilib. Amma terakt cəhdinin qarşısı Azərbaycan Silahlıq Qüvvələri tərəfindən alınıb.

Elxan Ələsgərov, Baku Network Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru

http://bakunetwork.com
Facebook, TwitterYoutube-da bizi izləyin

Məqalədə:
Xəbər lenti

Xəbər lenti