...

ÖZBƏKİSTAN SƏFİRİ ÖLKƏSİNİN QARABAĞ SEPARATÇILARI İLƏ HEÇ BİR ƏLAQƏSİ OLMADIĞINI BİLDİRİB

Ermənistan-Azərbaycan münaqişəsi Materials 17 Avqust 2005 14:07 (UTC +04:00)

Özbəkistanın Azərbaycandakı səfiri İsmətulla İrqaşov avqustun 17-də Qarabağ Azadlıq Təşkilatına (QAT) cavab məktubu göndərərək ölkəsinin Dağlıq Qarabağda işğalçı rejimlə əlaqələri olmadığını bildirib. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qeyd edək ki, QAT sədri Akif Nağı Özbəkistanın ölkəmizdəki səfirliyinə müraciət edərək bu ölkənin təşkilatları ilə Dağlıq Qarabağdakı separatçılar arasında rabitə sahəsində əməkdaşlığın dayandırılmasını tələb etmişdi. Səfir cavab məktubunda bildirib ki, Dağlıq Qarabağda fəaliyyət göstərən "DEU Yunitel" şirkəti Daşkənddə yerləşir, lakin onun Özbəkistana heç bir aidiyyatı yoxdur. Həmin şirkət Hollandiya və Yunanıstana məxsusdur.

QAT sədri Özbəkistan səfirinin bu izahatını qəbul edib və vurğulayıb ki, bu ölkə həmişə Qarabağ məsələsində obyektiv mövqe tutub, hətta işğalçı Ermənistanla bu günə qədər diplomatik münasibətlər yaratmayıb. "Biz Özbəkistanın qardaş dövlət olaraq bu mövqeyini təqdir edirik, eyni zamanda onun ərazisində olan hər hansı xarici şirkətin Dağlıq Qarabağın işğalçı rejimi ilə əlaqələr qurmasına görə narahatlığımızı bir daha Özbəkistan hökumətinin nəzərinə çatdırırıq"-deyə QAT-ın bəyanatında vurğulanır.

Xəbər lenti

Xəbər lenti