...

Quantanamo ABŞ-ın dəyərlərinə uyğun deyildi – Fransa Prezidenti

Siyasət Materials 3 Aprel 2009 19:37 (UTC +04:00)

Fransa, Strasburq, 03 aprel / Trend , müxbir A.Məhərrəmli /  

"Quantanamo ABŞ-ın dəyərlərinə uyğun deyildi". Bu fikirləri Fransa Prezidenti Nikolya Sarkozi ABŞ Prezidenti Barak Obama ilə cümə günü Strasburqda keçirdiyi mətbuat konfransında deyib.

Quantanamo həbsxanasının bağlanması və bəzi məhbusların Fransa tərəfindən qəbul edilməsi ilə bağlı suala cavabında Fransa prezidenti qeyd edib ki, "mən ABŞ-ın dəyərlərini sevən insanlardanam".

"Quantanamo ABŞ-ın dəyərlərinə uyğun deyildi. Mən çox məmnunam və fəxr edirəm ki, ABŞ bunun bağlanması ilə bağlı çoxdan gözlədiyimiz qərarı verib. Mənin qənaətim belədir ki, terrorizmi terroristlərin metodları ilə dəf etmək olmaz. Onu demokratiyanın metodları ilə pisləmək və dəf etmək lazımdır. Əgər ABŞ Prezidenti Quantanamonun bağlanmasını deyirsə və müttəfiqlərin köməyinə ehtiyacı varsa, biz fəaliyyətimizdə nizamlı olmalı və buna dəstək verməliyik. Biz ABŞ-ı bu həbsxananın mövcudluğuna görə tənqid edə və bu bağlandıqdan sonra heç bir şey etməməklə kənarda qala bilmərik. Bu cür müttəfiq olmaq olmaz. Fransa düzgün və səmimi siyasət yürüdür. Bəli, biz bu məsələni Barak Obama ilə müzakirə etdik və razılığa gəldik. İstəyiriksə bunu qəbul etməliyik", - Sarkozi bildirib.

ABŞ Prezidenti əlavə edib ki, "mən Quantanamonu bağlamağa qərar verdim, çünki bu yolla Amerikanın daha etibarlı və təhlükəsiz olmasına nail olmaq olmaz. Bununla belə qeyd etdim ki, biz bunu ehtiyatlı və düşünülmüş şəkildə həyata keçirəcəyik. Bunun üçün biz öz müttəfiqlərimizlə məsləhətləşmələr aparacağıq. Bəzi hallarda köməyə ehtiyacımız var".    

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti