...

Türkiyə DİN: 1 May yürüşləri Taksim meydanında keçirilməyəcək

Siyasət Materials 18 Aprel 2014 13:50 (UTC +04:00)
1 May yürüşləri Taksim meydanında keçirilməyəcək. Bu sözləri Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Türkiyə DİN: 1 May yürüşləri Taksim meydanında  keçirilməyəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir R.Hafizoğlu/

1 May yürüşləri Taksim meydanında keçirilməyəcək. Bu sözləri Türkiyənin daxili işlər naziri Əfqan Əla jurnalistlərə verdiyi açıqlamasında bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "TRT Haber" telekanalı xəbər verib.

Ə.Əla deyib: "Taksim meydanı hər hansı bir yürüşün keçirilməsi üçün uyğun deyil, bu səbəbdən 1 May yürüşləri taksimdə deyil, başqa yerlərdə keçirilsin".

Onun sözlərinə görə, kütləvi toplantılar keçirildiyi zaman bir çox şeylər, o cümlədən əhalinin təhlükəsizliyi nəzərə alınmalıdır.

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası (CHP) bu gün verdiyi açıqlamada qadağalara baxmayaraq, partiya tərəfdarlarının 1 mayda İstanbuldakı Taksim meydanına toplaşacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti