...

MDHP parlament seçkilərində iştirakla bağlı son qərarını açıqladı

Siyasət Materials 8 Aprel 2015 16:11 (UTC +04:00)
Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) qarşıdan gələn parlament seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.
MDHP parlament seçkilərində iştirakla bağlı son qərarını açıqladı

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) qarşıdan gələn parlament seçkilərində iştirakı ilə bağlı qərarını açıqlayıb.

Partiya sədri Fərəc Quliyev Trend-ə bildirib ki, rəhbərlik etdiyi partiya seçkilərdə hər hansı siyasi bloka qoşulmaq niyyətində deyil: "Müstəqil şəkildə iştirak etmək fikrimiz var. Amma müəyyən dairələrdə bitərəf adamlar, Azərbaycana xidmət edəcək elə insanlar ola bilər ki, onlara alternativ namizədlər irəli sürməyək və həmin insanları müdafiə edək".

F.Quliyev qeyd edib ki, təcrübə göstərir ki, siyasi blokların ömrü qısa olur.

Onun fikrincə, hər hansı bir blok yarananda təşkilatlar üzərilərinə öhdəliklər götürürlər və öz hüquqlarını əldən verirlər: "Bu, davranış üçün məhdudiyyətə çevrilir, sonradan isə ziddiyyətlər yaranır. Biz isə bunu istəmirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti