...

Azərbaycanı AŞ PA sessiyasında 10 deputat təmsil edəcək

Siyasət Materials 18 Aprel 2015 15:31 (UTC +04:00)
Aprelin 20-dən 24-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir.
Azərbaycanı AŞ PA sessiyasında 10 deputat təmsil edəcək

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Aprelin 20-dən 24-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Rövşən Rzayev, Elxan Süleymanov, Rafael Hüseynov, Qənirə Paşayeva, Aydın Abbasov, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.

Sessiyada Ukraynada vəziyyət, İŞİD adlanan terrorçu qrupun fəaliyyətinin nəticələri, AŞ PA-dakı Rusiya nümayəndə heyətinin dondurulmuş mandatına yenidən baxılması, Monako ilə monitorinq sonrası dialoq, Avropa İnsan Haqları Konvensiyasının səmərəliliyi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.

Tədbirdə nümayəndə heyətinin rəhbəri S.Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti