...

Azərbaycan və Serbiya regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər

Siyasət Materials 24 Fevral 2016 17:06 (UTC +04:00)
Müdafiə naziri Serbiyanın Azərbaycandakı səfiri ilə görüşüb.
Azərbaycan və Serbiya regiondakı hərbi-siyasi vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Fevralın 24-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.

Müxtəlif sahələrdə Azərbaycan-Serbiya əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı marağın olduğu vurğulanan görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti