...

Azərbaycan əleyhinə siyasi sifariş qeyri-peşəkarlığı ilə heyran edir

Siyasət Materials 22 Sentyabr 2016 17:33 (UTC +04:00)
Qərb nümayəndələrinin ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum ərəfəsində Azərbaycana qarşı qarayaxma üzrə mürəkkəb siyasi sifarişi necə qızğınlıqla yerinə yetirmələri sadəcə heyran edir.
Azərbaycan əleyhinə siyasi sifariş qeyri-peşəkarlığı ilə heyran edir

Elmira Tariverdiyeva - Trend:

Qərb nümayəndələrinin ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum ərəfəsində Azərbaycana qarşı qarayaxma üzrə mürəkkəb siyasi sifarişi necə qızğınlıqla yerinə yetirmələri sadəcə heyran edir.

BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun səfəri mürəkkəb siyasi sifariş mozaikasının "vaxtında" növbəti hissəsi oldu. O, ölkəyə gələrək "tapdığı nöqsanları" vaxtına heyifsilənmədən sadaladı. Əlbəttə, axtarsan tapmaq olar. Lakin hər bir sakində bir sual yaranmalıdır, hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçi Azərbaycana niyə hazırlıqlı gəlir, amma İnsan Hüquqları Şurasının nümayəndəsi, bütün beynəlxalq institutların artıq neçə ildir hüquqlarına məhəl qoymadığı bir milyondan artıq qaçqının vəziyyəti ilə bağlı məruzələr hazırlamalı olan müvəkkil vaxt tapıb heç cür gələ bilmir?

Hərçənd Forstun çıxışı ilk və təəssüf ki, referendum ərəfəsində Azərbaycana qarşı edilən xoşagəlməz hücumlar zəncirində son halqa də deyil.

Venesiya Komissiyasının Azərbaycanla bağlı gözlənilməz məruzəsi ən son nümunə oldu. Komissiya referendumla bağlı Azərbaycanın mövqeyinin öyrənilməsinə etinasız yanaşaraq qanuni proseduru kobud şəkildə pozub rəy hazırladı, hətta Bakını məlumatlandırmağa macal tapmadıb

Yəni Azərbaycan rəsmilərinin sənədlə tanış olmaq və lazım gələrsə onun məzmununa aydınlıq gətirməyə imkanı olmadı. Bunun nə demək olduğunu başa düşmək çətin deyil. Venesiya Komissiyasının rəyi Azərbaycana qarşı siyasi sifarişdir və bu sifarişin arxasında bir çox xarici qüvvələr dayanır - AŞ PA deputatları da istisna deyil. Venesiya Komissiyasının rəyi AŞ PA prezidentinin sorğusu əsasında iki həftə ərzində hazırlaması faktı bu qənaətə gəlməyə vadar edir. Aydındır ki, belə tələsikdə sənəddə çoxlu nöqsanlara yol verilib. Ancaq bu kimi narahat edir ki? Axı sifarişə əməl olunub, detalları isə heç kim dəqiqləşdirməyəcək.

Azərbaycan uzun illərdir qərb institutlarının təzyiqlərinə müqavimət göstərməyə çalışır, qərb institutları bütün gücləri ilə daxildən vəziyyəti pozmaq istəyirlər. Nə üçün? Bunu suriyalı və ukraynalılardan soruşmaq olar.

Bədnam "Freedom House" QHT-sini misal gətirmək olar. O, "Freedom House" ki, Ermənistana qarşı çox loyaldır, eyni zamanda inadla hesab edir ki, Azərbaycan "azad deyil", ölkədə internet "qismən azaddır" və Azərbaycan son on il ərzində "bütün Avrasiyada demokratik idarəetmədə hamıdan çox geridə qalır".

Səciyyəvidir ki, qeyri-müəyyən səbəbdən Azərbaycana nifrət edən Devid Kramer bu təşkilata uzun illər rəhbərlik edib. Bununla yanaşı, kimin pulu ilə mövcud olduğu naməlum olan bu qeyri-hökumət təşkilatının xülasələri Avropa Parlamentinin Azərbaycan üzrə qətnaməsində çəkilir.

Başqa sözlə, sifariş veriləndə hansı yoxlanılmamış məlumatlara istinad etməyin vacib deyil, hansı qeyri-rəsmi mənbələrdən istifadə etməyin fərqi yoxdur. Tətik çəkilib və güllə hədəfi - regionda özgəsinin zurnası altında oynamaqdan imtina edən regionun yeganə ölkəsinin imicinə - dəqiq vurmalıdır.

Uzun illər Azərbaycan öz maraqlarının təmin olunmasına yönəlmiş müstəqil siyasətini aparır. Kiminlə dostluq etmək istəyirsə, onlarla dostluq edir, özünə faydalı olan layihələri həyata keçirir, dünyanın ən iri siyasi oyunçularının sözü ilə oturub durmur. Bütün bunlar ölkənin daxili işlərinə müdaxilə etməyə daim can atan Qərbdə qıcıq yaradır.

Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referenduma (müstəqil sorğulara əsasən, əhalinin 92 faizinin razılığı ilə!!!) mənfi qiymətin verilməsi, qondarma müxalifətin mitinqləri, dini radikallara yaltaqlanma, Venesiya Komissiyası kimi Avropa təşkilatlarının bəyanatları. Bütün bunların yalnız bir məqsədi var - Azərbaycanı sözə baxan oyuncağa (daha pisini deməsək) çevirmək, Qərbə dua edəcək, onun qarşısında yaltaqlanacaq və bütün tapşırıqlarını yerinə yetirəcək hökuməti gətirməkdir.

Lakin Azərbaycan xalqı Bakını gözdən salmaq üçün edilən mənasız cəhdlərə inanmayacaq qədər çox şey görüb. Son onilliklərdə nə qədər ölkə Qərbin göstərdiyi demokratiya yolu ilə getdi? Onu hara ixrac ediblər? İraq, Əfqanıstan, Liviya, Misir, Suriyaya? Qərb qüvvələri qərb demokratiyasını yeritməyə çalışdıqları heç bir ölkədə uğura nail ola bilməyiblər.

Sentyabrın 26-də keçiriləcək referendumda xalq səs verəcək. Xalq sabitliyin lehinə səs verəcək ki, radikal islamçılar ölkədə xilafət yaratmasınlar, insanları həmin inancdan olmadıqlarına, uyğun geyinmədiklərinə və musiqiyə qulaq asdıqlarına görə öldürməsinlər. Xalq öz şərəf və ləyaqətinin, qürurunun lehinə səs verəcək ki, ölkəmizin vətəndaşları, onların övladları qərb siyasətçilərinin əllərini öpmək məcburiyyətində qalmasınlar.

Xalq özünə səs verəcək. Siyasi sifarişi yerinə yetirənlər isə, Bulqakovun qəhrəmanının dediyi kimi, “növbəyə…”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti