...

Markov: Referendumun nəticəsi ölkə əhalisinin Prezidentin siyasətinə dəstək verdiyini təsdiq edir

Siyasət Materials 27 Sentyabr 2016 17:35 (UTC +04:00)
Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun nəticələri ölkə əhalisinin Prezident İlham Əliyevin siyasətinə böyük dəstək verdiyini təsdiq edir.
Markov: Referendumun nəticəsi ölkə əhalisinin Prezidentin siyasətinə dəstək verdiyini təsdiq edir

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun nəticələri ölkə əhalisinin Prezident İlham Əliyevin siyasətinə böyük dəstək verdiyini təsdiq edir.

Bunu Trend-ə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, RF-nin İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, insanlar Prezidentə inanırlar ki, təklif edilən dəyişikliklər düzgündür və Azərbaycanın rifahına xidmət edəcək. Bu, referendumun belə aşkar uğurunun əsas səbəbidir.

S.Markov qeyd edib ki, konstitusiyaya dəyişikliklər üzrə təklif siyasi sistemin davamlılığını artırmaq üçün verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti