...

Layihələrini "Tik – idarə et – təhvil ver" modelinə uyğun həyata keçirən investorlar rüsumlardan azad edilib

Siyasət Materials 30 Noyabr 2016 19:33 (UTC +04:00)
Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Layihələrini "Tik – idarə et – təhvil ver" modelinə uyğun həyata keçirən investorlar rüsumlardan azad edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 28 oktyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Trend-in məlumatına görə, qanuna aşağıdakı məzmunda 3.3-cü maddə əlavə edilir:

“3.3. İnvestisiya layihələrini “Tik – idarə et – təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar.”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti