...

Səməd Seyidov: AŞPA-nın növbəti iclası Azərbaycan üçün çox vacibdir

Siyasət Materials 23 Dekabr 2016 18:15 (UTC +04:00)
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti iclası gələn ilin ilk iclası olduğuna görə, Azərbaycan tərəfi üçün çox vacibdir.
Səməd Seyidov: AŞPA-nın növbəti iclası Azərbaycan üçün çox vacibdir

Bakı. Anaxanım Hidayətova - Trend:

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti iclası gələn ilin ilk iclası olduğuna görə, Azərbaycan tərəfi üçün çox vacibdir.

Bu sözləri Trend-ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov Ermənistan tərəfi ilə AŞPA sədri Pedro Aqramuntun təşəbbüskarı olduğu görüşün mümkünlüyünü istisna etməyib.

O deyib: “Ola bilər ki, növbəti sessiya zamanı bu görüş baş tutsun. Biz artıq bu təşəbbüsə razılığımızı vermişik, hər şey Ermənistan tərəfindən asılıdır.”

AŞPA-nın qış sessiyası yanvarın 23-27-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti