...

Azərbaycan Prezidenti monteneqrolu həmkarı ilə görüşüb (YENİLƏNİB)

Siyasət Materials 16 Mart 2017 17:17 (UTC +04:00)
Azərbaycan Prezidenti monteneqrolu həmkarı ilə görüşüb.
Azərbaycan Prezidenti monteneqrolu həmkarı ilə görüşüb (YENİLƏNİB)

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Monteneqro Prezidenti Filip Vuyanoviç ilə görüşüb.

V Qlobal Bakı Forumunun artıq böyük beynəlxalq tədbirə çevrildiyini vurğulayan Prezident İlham Əliyev Forumda iştirakına görə Filip Vuyanoviçə minnətdarlığını ifadə etdi, görüşün, eyni zamanda, ikitərəfli münasibətlərimiz ətrafında fikir mübadiləsinin aparılması üçün yaxşı fürsət olduğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə Monteneqro arasında əlaqələrin çox uğurla inkişaf etdiyini dedi, əməkdaşlığımızın razılıq doğurduğunu qeyd etdi.

V Qlobal Bakı Forumuna dəvətə görə minnətdarlığını bildirən Monteneqro Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevlə görüşündən məmnunluğunu bildirdi. Açılış mərasimində söylədiyi nitq münasibətilə dövlətimizin başçısını təbrik edən Filip Vuyanoviç Prezident İlham Əliyevin daxili və regional vəziyyətlə bağlı səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğuladı. İkitərəfli əlaqələrimizin səviyyəsindən razılığını ifadə edən Filip Vuyanoviç Prezident İlham Əliyevin Azərbaycan-Monteneqro əlaqələrinin inkişafına verdiyi töhfəni çox yüksək qiymətləndirdiklərini vurğuladı, ölkələrimiz arasında bu cür yaxın, uğurlu və dost münasibətlərin olmasında Prezident İlham Əliyevin verdiyi dəstəyin vacibliyini qeyd etdi.

Görüşdə iki ölkə arasında enerji, ticarət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti