...

Azərbaycan və Rusiya Suriyadakı vəziyyəti müzakirə edib

Siyasət Materials 11 Aprel 2017 13:24 (UTC +04:00)
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib
Azərbaycan və Rusiya Suriyadakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşündə Yaxın Şərq və Suriyadakı vəziyyəti müzakirə edib.

Trend-in TASS agentliyinə istinadən məlumatına görə, bu barədə danışıqlar Bakıda təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr zamanı keçirilib.

Məlumatda qeyd olunur ki, N.Patruşev və R.Mehdiyev Rusiya və Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ikitərəfli dialoqun qarşılıqlı və konstruktivlik üzərində qurulduğunu qeyd edib.

Bakıya səfərinin sonunda N.Patruşev Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevlə görüşü zamanı iki ölkənin xüsusi xidmət orqanları arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti