...

İLİN SONUNA QƏDƏR AŞ-İN "AZƏRBAYCANIN HÜQUQ VƏ MƏHKƏMƏ SİSTEMİNDƏ İSLAHATLARIN DƏSTƏKLƏNMƏSİ" LAYİHƏSİ BAŞA ÇATACAQ

Siyasət Materials 8 İyul 2005 17:23 (UTC +04:00)

Avropa Şurası (AŞ) ilin sonuna qədər "Azərbaycanın hüquq və məhkəmə sistemində islahatların dəstəklənməsi" layihəsini başa çatdırmağı planlaşdırır. Bu barədə Trend agentliyinə AŞ-in Azərbaycandakı nümayəndəliyindən bildiriblər.

Layihə Azərbaycanın Ədliyyə Nazirliyi ilə birlikdə 2002-ci iln oktyabr ayından həyata keçirilir. Layihədə aparılan islahatların inkişafına yardım nəzərdə tutulur.

Bu yardım hakim, məhkəmə orqanları əməkdaşları və vəkillərin təlim keçdikləri tədris mərkəzlərinin təkmilləşdirilməsinə yönəldilib. Layihə çərçivəsində mərkəzdə müasir kitabxanalar yaradılıb, ölkənin qanunvericiliyində baş vermiş dəyişiklikləri, aparılan islahatları və s. əhatə edən məlumatlar bazası təşkil olunur.

Xatırladaq ki, AŞ Azərbaycanla əməkdaşlıq etdiyi dövr ərzində, yəni 1992-ci ildən ölkəyə kömək məqsədi ilə 370 mln dollar məbləğində vəsait ayırıb.

Xəbər lenti

Xəbər lenti