İyulun 29-da Apellyasiya Məhkəməsində Müsavat Partiyası başqanının müavinləri Arif Hacılı və Rauf Arifoğlunun üzərindən məhkumluqlarının götürülməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Bu barədə Trend ə Müsavat Partiyasından məlumat verilib.
Hakim Salman Hüseynovun sədrliyi ilə keçən iclasda Arif Hacılının üzərindən məhkumluğun götürülməsinə dair qərar çıxarılıb.
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun şikayətinə isə avqustun 2-də baxılması qərara alınıb. Səbəb kimi bildirilib ki, Məhkəmə Kollegiyası bu barədə fikirləşməlidir.
Qeyd edək ki, Müsavat başqanının hər iki müavini 2003-cü il prezident seçkisindən sonra baş verən hadisələrlə əlaqəlar həbs olunub, bu il prezidentin əfv fərmanı ilə azadlığa çıxıblar.