...

AZƏRBAYCANIN İSTAMBULDAKI KONSULLUĞU XÜSUSİ TƏHLÜKƏSİZLİK REJİMİNDƏ FƏALİYYƏT GÖSTƏRİR

Siyasət Materials 4 Avqust 2005 13:20 (UTC +04:00)
AZƏRBAYCANIN İSTAMBULDAKI KONSULLUĞU XÜSUSİ TƏHLÜKƏSİZLİK REJİMİNDƏ FƏALİYYƏT GÖSTƏRİR

İstambulda baş verən bugünkü (4 avqust) partlayışlar PKK terror təşkilatının Türkiyənin, xüsusilə turizm sahəsində nüfuzuna xələl gətirmək üçün növbəti cəhdlərindən biridir. Bu barədə Trend agentliyinə müsahibəsində Azərbaycanın İstambuldakı baş konsulu İbrahim Nəbioğlu bildirib.

Baş konsulun sözlərinə görə, son illərdə Türkiyənin turizm sektoru intensiv inkişaf edir, xüsusilə 2005-ci il iyulun 1-nə olan vəziyyətə görə, ölkəyə 6 milyon turist gəlib.

"Ölkənin bütün aparıcı telekanalları fasiləsiz olaraq partlayışlar haqqında məlumat yayır.Bu da terrorçulara sərfəlidir.Belə ki, terrorçuların məqsədi Türkiyədəki vəziyyətə dair beynəlxalq aləmdə qeyri-sağlam əks-səda yaratmaqdır"-deyə İ. Nəbioğlu qeyd edib.

Diplomat bildirib ki, baş verən terror aktları ilə bağlı olaraq Azərbaycanın İstambuldakı baş konsulluğu xüsusi təhlükəsizlik rejimində işləyir.

Eyni zamanda diplomat qeyd edib ki, Bakı vaxtilə saat 12.30-a olan məlumata görə İstambulda baş vermiş terror aktları zamanı Azərbaycan vətəndaşlarından zərər çəkən olmayıb.

Son məlumata əsasən, İstambulda Pəndik rayonunda baş vermiş partlayış nəticəsində 2 nəfər həlak olub, 4 nəfər yaralanıb.

Xəbər lenti

Xəbər lenti