Ukraynanın Azərbaycandakı səfirliyi Azərbaycan cəmiyyətində müxalifətin mühüm rol oynadığı demokratikləşmə proseslərinin inkişafını dəstəkləyir. Bu barədə Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kezima Trend ə verdiyi müsahibəsində "Azadlıq" blokunun səfirliyin Azərbaycan müxalifətinə qarşı "düşmənçilik" mövqeyindən çıxış etməsi barədə bəyanatını şərh edərkən bildirib.
Ukraynalı diplomat belə bəyanatlar üçün əsas görmür. O əmin olduğunu bildirib ki, Azərbaycanda qarşıdakı parlament seçkiləri açıq, azad və demokratik keçəcək ki, bu da müxalifət partiyalarının reytinqinin artdığını təsdiqləyəcək.
Diplomat yaranmış anlaşılmamazlığı qeyri-dəqiqlik və məlumatın seçilərək verilməsi ilə izah edib.
"Azadlıq" bloku Ukraynanın XİN-nə avqustun 17-də mətbuat konfransında çıxış edən "Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin qeyri-diplomatik jest və bəyanatları ilə" əlaqədar etiraz notası göndərmək niyyətindədir. Bu barədə Trend ə AXC(İ)P-nın sədrinin müavini Bahəddin Həziyev məlumat verib.