...

SENTYABRDA BAKIDA BMT-NİN YARDIMÇI KOMİSSİYASININ SESSİYASI KEÇİRİLƏCƏK

Siyasət Materials 23 Avqust 2005 12:15 (UTC +04:00)

Avqustun 12-16-da Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi üzrə Yardımçı Komissiyasının 40-cı sessiyası keçiriləcək.

Bu barədə Trend ə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tədbirdə 40-dan artıq dövlət və beynəlxalq qurumların nümayəndələrinin iştirakı gözlənilir. Forumun gündəliyi və proqramı avqustda təsdiq olunacaq.

Sessiyanın Bakıda keçirilməsinə dair razılaşma Azərbaycan hökuməti və BMT-nin narkotiklərə nəzarət üzrə Beynəlxalq Proqramı arasında əldə olunub.

Xəbər lenti

Xəbər lenti